Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 3-cü dövrəsinə hazırlaşan "Sumqayıt" növbəti yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda "Şahdağ"la üz-üzə gəlib.
Yeni kompleksdə baş tutan qarşılaşma qonaqların 2:1 hesablı üstünlüyü ilə başa çatıb. "Sumqayıt"dan yeganə qolu penaltidən Pərdis Fərcad-Azad vurub.





