Serbiyanın paytaxtı Belqrad şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, Serbiya yığması ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb.
 
Qolları Amadeu, Vitali Borisov və Rəcəb Fərəczadə vurub.
 
Xatırladaq ki, bu komandalar arasında yanvarın 22-də keçirilmiş yoldaşlıq oyunu da millimizin xeyrinə yekunlaşmışdı – 4:1.
Shares: