Futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu Murad Hüseynov Rusiyanın "Luç-Enerji" klubunda baxışdan keçib. Futbolinfo.az xəbər verir ki, milliləşən futbolçumuz bəyənilsə də, burada oynamasında prolblem yaranıb.
Buna səbəb isə onun Azərbaycan vətəndaşlığı daşımasıdı. Hər halda komandanın erməni baş məşqçisi Aleksandr Qriqoryan Hüseynovu komandada saxlamamaq üçün bəhanə tapıb. Yığmamızın sabiq üzvünü bəyəndiyini deyən mütəxəssis onun legioner olmasının transferinə əngəl yaratdığını bildirib: "Bu futbolçu xoşuma gəldi. Xarici olmasaydı, gözüyumulu komandaya götürərdim. Lakin indiki vəziyyətdə onun keçidi alınmayacaq".
Qeyd edək ki, Murad ölkəmizdə "Qəbələ" və "Sumqayıt"ın formasını geyinib.





