AZAL-ın müdafiəçisi Şəhriyar Rəhimovun futbolinfo.az saytına müsahibəsi
 
– Hazırlıqlar necə gedir?
– Hər şey qaydasındadı. Məşqçimizin planı üzrə hazırlığı davam etdiririk. Çalışırıq ki, maksimum səviyyədə hazır olaq.
 
– Komandanızın ikinci dövrədə hədəfi nə olacaq?
– Hədəfimiz bacardığımız qədər yuxarı pillələrə qalxmaqdı. Bunun üçün əlimizdən gələni etməliyik. Təbii ki, yuxarı pillələrə çıxmaq üçün bu hazırlıq prosesindən maksimum yararlanmalıyıq.
 
– AZAL Türkiyədə hazırlığa getmədi. Bu, sizin oyunlarınıza təsir edə bilər?
– Mənə elə gəlir ki, heç bir təsiri olmayacaq. Çünki bizim bazada hazırlaşmaq üçün əla şərait var. Həm də bu barədə qərarı biz vermirik. Rəhbərlik belə istəyibsə, deməli belə məsləhət imiş.
 
– Antalyada və ya hər hansı xarici ölkədə hazırlıq keçməklə Bakıda hazırlaşmaq arasında fərq varmı? Ya AZAL Türkiyəyə yollansaydı, ikinci yarıda fərqli nəsə ola bilərdi?
– Yenə də deyirəm ki, getmədiksə, deməli belə lazım imiş. Biz yay hazırlıq dövründə də toplanışa getmədik. Amma komanda pis təsir bağışlamadı.
 
– Komandadakı problemlər aradan qalxıb?
– Çalışırıq ki, çempionatın qalan dövrünə maksimum yaxşı vəziyyətdə başlayaq. Hansı mövqedə problemlər var, baş məşqçimiz yaxşı bilir. İnanıram ki, Premyer Liqada ikinci yarı başlayana qədər biz bunları həll edəcəyik.
 
– Qış fasiləsində hansısa klublardan dəvət almamısız?
– Bu haqda indi danışmaq istəmirəm. Çünki AZAL-la müqaviləm var və məni burada hər şey qane edir.
 
– Ola bilərmi ki, qarşıda başqa bir kluba keçəsiz?
– Mənim AZAL-la müqaviləmin müddəti 2015-ci ilə qədərdi. Buranı da tərk etmək haqqında düşünmürəm.
 
– Premyer Liqanin ikinci yarısının ilk oyununda “İnter”lə qarşılaşacaqsız. Mövsümünqalan dövrünə qələbə ilə start verə biləcəksiz?
– Biz ancaq qələbə haqqında fikirləşirik. Yaxşı start götürüb çempionatda daha ciddi uğurlar qazanmaq istəyirik.
 
ELSEVƏR
Shares: