Rusiya millisinin baş məşqçisi Fabio Kapello hələ uzun illər şimal qonşularımıza xidmət edəcək. Futbolinfo.az xəbər verir ki, Rusiya Futbol İttifaqı (RFİ) italyan çalışdırıcı ilə müqaviləni yeniləyib.
Qurumun rəsmi saytından verilən məlumata görə, 67 yaşlı çalışdırıcının sözləşmə müddəti 2018-ci ilin yayında qədər uzadılıb. Hansı ki, müqavilənin bitmə günü DÇ-2018-in bitmə gününə hesablanıb.
Qeyd edək ki, Kapellonun əvvəlki müqaviləsi bu ilin iyulunda qüvvədən düşəcəkdi.





