Topaz Premyer Liqasının qalan 2 dövrəsinə Türkiyədə hazırlaşan “İnter” bu gün Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, “bankirlər” Braziliyanın “Uniao” komandası ilə qarşılaşıb.
Oyun Kaxaber Sxadadzenin yetirmələrinin qələbəsiylə başa çatıb.
Qeyd edək ki, “İnter” əvvəlki oyunlarda Hollandiyanın “Asten” (8:0), Almaniyanın “Zeyts” (2:0), “Hollşteyn” (0:3), Qazaxıstanın “Aktobe” (1:1) komandaları ilə qarşılaşmışdı.
Yoxlama oyunu
24 yanvar
İnter – Uniao – 3:1
Qollar: Sezar Meza Kolli, 37, Asif Məmmədov, 78, Nurxan Mənsimzadə, 90.





