"Çelsi"nin yarımmüdafiəçisi Maykl Esyen “Milan” formasını geyməyə yaxındı. Qanalı futbolçunun meneceri Fabien Piveteau İtaliyaya yollanaraq "rossonyerlər”in rəhbərliyi ilə görüşməsi belə deməyə əsas verir.
 
Futbolinfo.az xəbər verir ki, cari mövsüm İngiltərə Premyer Liqasında cəmi 2 matça çıxmış 31 yaşlı oyunçu özü də A Seriyasında top qovmağa müsbət yanaşır.
Transferin qarşıdakı günlərdə açıqlanacağı gözlənilir.
 
Qeyd edək ki, Esyen 2005-ci ildən “Çelsi”də çıxış edir.
Shares: