Avropanın ali futbol qurumu UEFA AÇ-2016 ilə bağlı yeni qərar qəbul edib. Futbolinfo.az xəbər verir ki, qurum Fransada təşkil olunacaq turnirdə siyasi münaqişə yaşayan ölkələrin bir-birləriylə qarşılaşmayacağını açıqlayıb.
Əgər belə ölkələr eyni qrupa düşərsə hər iki oyun ləğv ediləcək. Qeyd edək ki, çempionatda ilk dəfə iştirak edəcək Qibreltarla İspaniya yığması, o cümlədən milli komandamızla Ermənistan və Rusiya ilə Gürcüstan bu qəbildəndi.
Bundan başqa ev sahibi Fransa millisi də Avro-2016-ya birbaşa yox, seçmələrdə iştirak etdikdən sonra qatılacaq. Lakin “xoruzlar”ın seçmə mərhələdə keçirdiyi heç bir oyunun nəticəsi qeydə alınmayacaq və turnir cədvəlinə təsir etməyəcək.





