"Qalatasaray"ın ulduz futbolçusu Didye Droqba ilə müqavilə müddətini uzatdığı barədə xəbərlər yayılıb. Maraqlıdı ki, bu barədə xəbəri Braziliya "Botafoqo"sunun prezidenti Maurisio Assumpkao yayıb.
 
Futbolinfo.az xəbər verir ki, o, Braziliya mətbuatına açıqlamasında bunları dilə gətirib: "Zeedorfun "Milan"a gedəcəyini bilirdik. Onun yerinə yeni bir ulduz oyunçu axtarırdıq. 2013-cü ilin son günlərində Droqba ilə görüş imkanımız oldu. Onu Braziliyaya gətirməyi düşündük. Droqbanın da bu keçidlə bağlı müsbət reaksiyasını aldım. Ancaq daha sonra "Qalatasaray"la 2 illik müqavilə imzaladı".
 
Qeyd edək ki, Didyenin “Cim-Bom”la hazırki sözləşməsi mövsümün sonunda bitir və yeni müqavilə barədə hər hansı rəsmi açıqlama verilməyib.
Shares: