İtaliyanın "Roma" klubu bir müddətdi "Fənərbaxça"da izlədiyi Caner Erkinə rəsmi təklif göndərmək niyyətindədi. Futbolinfo.az xəbər verir ki, “canavarlar” türkiyəli ilə 2 illik müqavilə imzalamaq istəyir.
 
Artıq paytaxt təmsilçisinin yarımmüdafiəçi ilə razılığa gəldiyi vurğulanıb. 25 yaşlı oyunçunun danışıqlar üçün İtaliyaya yollandığı bildirilir.
 
Qarşıdakı günlərdə Canerin rəsmən "Roma" forması geyəcəyi gözlənilir.
Shares: