Avropada 2013/14 mövsümü ərzində məhsuldarlığına görə, ən yaxşı hücumçuların “onluğ”u açıqlanıb. Futbolinfo.az xəbər verir ki, siyahıya Madrid “Real”ının portuqaliyalı ulduzu Kriştianu Ronaldo başçılıq edir.
 
Cari mövsüm bütün turnirlərdə 26 matçda 31 qol vuran forvardın məhsuldarlıq göstəricisi oyunbaşına 1.19 qoldu. 1.04-lük göstərici ilə Zlatan İbrahimoviç ikinci pillədədi. Üçüncü yeri isə 28 oyunda 23 dəfə fərqlənən “Atletiko”lu qolçu Dieqo Kosta tutub: 0.82.
 
İlk “onluğ”a şəkildə nəzər yetirək.
Shares: