"İnter"in əvəzedici komandası "Şəfa" stadionunda təlim-məşq toplanışını başa çatdırıb. Futbolinfo.az xəbər verir ki, bu gün "bankirlər" toplanış çərçivəsində sonuncu yoxlama görüşünü keçirib.
 
"Şəfa" stadionunda baş tutan oyunda komanda "Şuşa" klubu ilə üz-üzə gəlib və bu qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
 
Qeyd edək ki, yanvarın 5-də başlayan toplanış çərçivısində "İnter" 5 yoxlama görüşü keçirib. Bundan öncə "İnter"in U-19 komandasıyla (5:1), "Sumqayıt" (4:2) və "Qarabağ" (1:0) klubların əvəzediciləri ilə və MOİK-lə (6:1) qarşılaşmalar baş tutmuşdu.
Shares: