Topaz Premyer Liqasının qalan 2 dövrəsinə Türkiyədə hazırlaşan “Rəvan” bu gün Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirəcəkdi. Futbolinfo.az xəbər verir ki, Güvənc Kurtarın yetirmələri Xorvatiyanın “Split” komandası ilə qarşılaşmalıydı.
 
Lakin "Qarabağ" və "Qəbələ"nin bu gün keçirməli olduğu oyunlar kimi, "Rəvan"ın da sınaq görüşü Antalyadakı əlverişsiz hava şəraiti səbəbindən baş tutmayıb.
 
Qeyd edək ki, əvvəlki oyunlarda “Rəvan”  Braziliyanın "Uniao" (2:1), Rumıniyanın “Universitatya” (1:0) komandaları ilə qarşılaşmışdı.
 
Yoxlama oyunu
25 yanvar
 
Rəvan – Split
Shares: