Topaz Premyer Liqasının qalan 2 dövrəsinə Türkiyədə hazırlaşan “Qarabağ” bu gün Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirəcəkdi. Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Ukraynanın “Volın” komandası ilə qarşılaşmalıydı.
Lakin bu görüş də baş tutmayıb. Antalyaya yağan güclü yağış "Qəbələ"nin Rusiya "Torpedo"su ilə oyununu təxirə saldığı kimi, bu qarşılaşmanın da keçirilməsinə imkan verməyib.
Qeyd edək ki, əvvəlki oyunlarda “Qarabağ” Rumıniyanın "Dinamo" (Buxarest, 1:0), Albaniyanın "Flamurtari" (1:2), Almaniyanın “Vupertaller” (2:2) komandaları ilə qarşılaşmışdı.
Yoxlama oyunu
25 yanvar
Qarabağ – Volın





