Topaz Premyer Liqasının qalan 2 dövrəsinə Türkiyədə hazırlaşan “İnter” bu gün Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, “bankirlər” Almaniyanın “Arminiya” komandası ilə qarşılaşıb.
 
4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.
 
Qeyd edək ki, əvvəlki oyunlarda “İnter”  Hollandiyanın “Asten” (8:0), Almaniyanın “Zeyts” (2:0), “Hollşteyn” (0:3), Qazaxıstanın “Aktobe” (1:1), Braziliyanın “Uniao” (3:1) komandaları ilə qarşılaşmışdı.
 
Yoxlama oyunu
25 yanvar
 
İnter – Arminiya – 2:2
Qollar: Vaqif Cavadov, 17, Baçana Sxadadze, 87-pen.

Shares: