“Barselona”nın hollandiyalı yarımmüdafiəçisi İbrahim Afellay zədəsini sağaldıb. Futbolinfo.az xəbər verir ki, uzun müddətdi yaşıl meydanlardan kənar qalan futbolçu haqda həkimlər müsbət rəy verib.
27 yaşlı oyunçu qarşıdakı günlərdə komanda ilə məşqlərə çıxacaq.
Xatırladaq ki, ötən ilin avqustundan zədəli olan futbolçu 2010-cu ildə PSV-dən "Barselona"ya transfer olunmuşdu.





