Qış fasiləsindən yararlanaraq hazırlıqlarını Şüvəlanda davam etdirən AZAL heyətini yeni futbolçularla gücləndirib. Futbolinfo.az xəbər verir ki, "təyyarəçilər" daha 3 futbolçu ilə müqavilə imzalayıb.
 
Qış transfer pəncərəsi açılan zaman düşərgəsinə kifayət qədər futbolçu baxışa dəvət edən Vaqif Sadıqov artıq onlarla bağlı qərarını açıqlayıb. Saytımıza açıqlama verən AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov yoxlama görüşlərində Sadıqovun bəyəndiyi futbolçularla artıq müqavilə imzalandığını bildirib. Bunlar Laşa Kasradze, Axtam Kamrakulov və Elçin Sadıqovdu. Bu futbolçularla 2,5 illik müqaviləyə imza atılıb.
 
Qeyd edək ki, AZAL bundan öncə Rəşad Abdullayev, Orxan Səfiyaroğlu və Nedo Turkoviçi də rənglərinə bağlamışdı
Shares: