Topaz Premyer Liqasının qalan 2 hissəsinə Türkiyədə hazırlaşan "Neftçi" bu gün Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun budəfəki rəqibi Polşanın "Şlensk" klubu olub.
 
Qarşılaşmada hesabı "Neftçi" açıb. 48-ci dəqiqədə Elvin Yunuszadə fərqlənib. Amma 90 dəqiqə Böyükağa Hacıyevin yetirmələrinin məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "ağ-qaralar" bundan öncə Albaniyanın "Partizani" (2:0), Türkiyənin "Fənərbaxça" (0:0), Qazaxıstanın "Tobol" (4:2) və Ukraynanın "Metallurq" (0:0) klublarıyla qarşılaşmışdı.
 
Yoxlama oyunu
26 yanvar
 
Neftçi – Şlensk – 1:3
Shares: