"Portu"nun argentinalı kapitanı klubla yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, söhbət Luço Qonsalesdən gedir. 33 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
 
Təcrübəli futbolçu karyerasını Qətərin "Əl-Rayyan" klubunda davam etdirəcək. "Maritimu" ilə oyunda meydanda yer almayan Luço ilə yollarının ayrıldığını rəsmən açıqlayan baş məşqçi Paulo Fonseka olub: "Oyunçudan gələn tələbi dəyərləndirdik və istəyini təsdiqlədik. Təklifi ilk dəfə eşidəndə təəccübləndik, amma ona çox şey borcluyuq. İstəyini rədd edə bilməzdik".
 
Luço artıq yeni komandası ilə sözləşmə də imzalayıb.
Shares: