İngiltərə Premyer Liqasında çətin günlər keçirən “Mançester Yunayted”də nəhayət ki, üzlər gülməyə başlayıb. Futbolinfo.az xəbər verir ki, uzun müddətdi iki əsas hücumçusu Ueyn Runi və Robin van Persinin yoxluğundan əziyyət çəkən mankunyanlar hər iki oyunçunun zədədən qayıtmasına sevinib.
 
Artıq forvardlar komanda ilə birgə məşqlərə başlayıblar.
 
Premyer Liqanın növbəti turunda "Kardiff"lə üz-üzə gələcək Mançester klubu bu görüşdə hər iki ulduzu meydana buraxmaq fikrindədi.
Shares: