“Xəzər Lənkəran”ın düşərgəsinə gələrək bəyənilən, lakin hələ də müqavilə imzalamayan Deyan Blajevskinin cənub klubuna keçidi düyünə düşüb. Futbolinfo.az xəbər verir ki, buna səbəb onun “Turnovo” ilə müqaviləsinin olmasıdı.
 
Əldə etdiyimiz məlumata görə, makedon futbolçunun keçidi qarşısında Lənkəran klubu pul ödəməlidi. Cənub klubu futbolçuya “Turnovo” ilə bu problemini həll etməsini tapşırıb. Əgər o, bu məsələni yoluna qoymasa, Blajevski ilə müqavilə imzalanmayacaq.
Shares: