"Neftçi"nin yeni legioner futbolçu ilə güclənəcəyinə dair iddialar ortaya atılıb. Futbolinfo.az xəbər verir ki, bu barədə Əlcəzair mətbuatı məlumat yayıb.
 
Məlumatda "Əl Harraş" klubunun şərəfini qoruyan Hişam Belkaruinin Bakı klubuna keçəcəyi bildirilib. Bundan başqa 24 yaşlı müdafiəçi üçün ödəniləcək məbləğ də açıqlanıb. Belə ki, Əlcəzair mətbuatı "Neftçi"nin müdafiəçi üçün 250 min avro ödəyəcəyini bildirib.
 
Lakin bu transferin baş tutma ehtimalı o qədər də yüksək deyil. Əvvəla "Neftçi" bu qış yeni futbolçu almayacağını bəyan edib. Digər tərəfdən isə dünən bu komandada top qovan Hamza Ait Uamarın da "Bakı"ya keçəcəyinə dair xəbərlər yayılmışdı. Lakin çox güman ki, bu xəbərlər sözügedən oyunçuların reklamına xidmət edir və həqiqəti əks etdirmir.
Shares: