“Qarabağ”la oyunda zədələnən və meydanı xərəkdə tərk edən “Xəzər Lənkəran”ın hücumçusu Mbilla Etame növbəti turda oynaya biləcək . Bu barədə klubun mətbuat xidmətindən Futbolinfo.az-a məlumat verilib.
Qaradərili forvard “Neftçi”yə qarşı oyunda meydana çıxa biləcək. O, artıq fərdi məşqlərə start verib və “Böyük oyun”a qədər hazırlaşa biləcək.





