"Qalatasaray" Türkiyədə qış “transfer pəncərəsi”nin bağlanmasına 1 gün qalmış son həmlələrini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, rəhbərlik “İnter”dən istədiyi stopper Andre Ranokkiyanın icarəyə götürülməsi ilə bağlı razılığa gəlib. "La Gazzetta dello Sport"un xəbərinə görə, tərəflər arasında danışıqlar müsbət nəticələnib və müdafiəçi sabah İstanbula gələcək.
Digər tərəfdən "Corriere dello Sport" da Ranokkiyanın transferində müsbət sonluq əldə olunduğunu iddia edib. Bundan başqa “cim-bom” bir müddətdi heyətinə qatmaq istədiyi Veysel Sarının keçidini gerçəkləşdirib.”Sarı-qırmızılar” bu barədə "Əskişəhərspor"la razılığa gəlib. Bu transfer İstanbul klubuna havayı başa gəlib. Belə ki, “Qalatasaray” Veyselin əvəzində “Əskişəhərspor”un əvvələdən qalan 400 min avroluq borcunu silib.





