"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına danışıb. Futbolinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis bir çox məqamlara toxunub. "İlk olaraq avrokuboklara vəsiqə qazanmağa çalşırıq. Digər bir tapşırıq isə stadiona azarkeşlərin cəlb olunmasıdı. Çünki onlar olanda maraqlı futbol izləmək olur."

Rusiyalı mütəxəssis komandanın yeni transferi Marat İzmaylovdan da söz açıb: "İzmaylov fevralın 8-də meydana çıxacaq. Mənim ona qarşı heç bir iradım yoxdu. O mükəmməl oyunçudu. İzmaylov "Porto" kimi komandada oynayıb və son vaxtlarda çox oyun keçirib. Marat oyunlarda bizə kömək edə bilsə, bu mükəmməl olar".

Sonda isə Syomin Azərbaycan futbolundan da danışıb: "Azərbaycan futbolu bu gün inkişaf dövrünü yaşayır. Bir çox klublar var ki, infrastuktur cəhətdən inkişaf edir. "Bakı", "İnter", "Neftçi" bu tipli klublardandı və uşaq futboluna da diqqət ayırırlar. Mən düşünürəm ki, Azərbaycan çempionatı yaxşı inkişaf edəcək".

Shares: