Fransa çempionatının lideri PSJ heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədi. Ərəb milyarderlərin nəzarəti altına keçdikdən sonra böyük transferlərlə seçilən klub qışda səssiz qalsa da, yayda bir sıra ulduzları heyətə qatmaq arzusundadı.
 
Futbolinfo.az xəbər verir ki, bunlardan biri də Fransa millisinin və “Tottenhem”in əsas qapıçısı Uqo Lorisdi. Baş məşqçisi Loran Blan yeni mövsümdən 27 yaşlı qapıçını komandasında görmək istəyir. Bir müddət öncə Çempionlar Liqasına qatıla bilməyəcəyi təqdirdə “Tottenhem”dən ayrılacağını deyən qolkiper də bu keçidə müsbət yanaşır.
 
PSJ-nin fransız qolkiper üçün qarşı tərəfə 20 milyon avro ödəyəcəyi iddia olunur.
Shares: