“Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatakenin futbolinfo.az saytına müsahibəsi
 
– “Xəzər Lənkəran”la müqavilənizi yeniləmisiz. Təbrik edirik!
– Çox sağ olun. Buna görə sevinirəm. Çünki həm “Xəzər Lənkəran” klubu, həm də azarkeşləri ilə yaxşı əlaqələrim var. Buna görə də çox xoşbəxtəm.
 
– Başqa təkliflər var idi?
– Digər variantlar var idi. Amma hər kəs mənim “Xəzər Lənkəran”da qalmağımı istəyirdi. Özümü burada çox yaxşı hiss edirəm. Ona görə də qalmaq daha yaxşıdı. Bu komandada çox yaxşı illərim olub. Bundan sonra da ancaq öz komandamı düşünəcəm. Burada uğur qazanmaq istəyirəm. Mənim üçün daha yaxşı təkliflər olsa da, buranı seçdim. Mən pulu deyil, “Xəzər Lənkəran” azarkeşlərini və bu klubu seçdim.
 
– “Qarabağ”la oyun haqqında nə deyərdiz?
– Biz “Qarabağ”a qarşı yaxşı oynadıq. Taktiki cəhətdən üstün idik. Düzdü, rəqibimizin də qol şansları kifayət qədər idi. Sadəcə, onlara qarşı düzgün taktikadan istifadə etdiyimiz üçün qalib gəldik. Bu 3 xal bizə çox lazım idi. Həmçinin belə bir komanda üzərində qələbə “Neftçi” ilə oyuna daha yaxşı motivasiya olmağımız üçün şərait yaradacaq.
 
– Bu oyunda qələbə qolunu siz vurdunuz…
– Komandama qələbə gətirən qolu vurduğum üçün sevinirəm. Həmçinin bu, mənim “Xəzər Lənkəran”da yubiley qolum oldu. “Qarabağ” kimi bir rəqiblə oyunda qalibiyyət gətirən qolu vurduğum üçün, onun yubiley qolu olmasına görə sevinirəm.Həmişə komandam üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Bundan sonra da belə olacağına inamım böyükdü.
 
– Komandanın hücum xətti fərqlənə bilmir. Demək olarmı ki, bu xəttə problemlər qalmaqda davam edir?
– Yox, bir oyuna görə belə qiymət vermək olmaz. Hücum xəttində Etame və Nildo kimi futbolçular var. Onların qarşıdakı oyunlarda qollar vura biləcəklərinə ümid edirəm. Həmçinin yeni futbolçularla komandamız güclənib. Qarşıda daha yaxşı “Xəzər Lənkəran” görəcəksiniz.
 
– Növbəti turda “Böyük oyun” baş tutacaq. “Neftçi” ilə oyunda da qələbəyə ümid edirsiz?
– Əlbəttə. Biz hər oyuna ancaq qələbə üçün çıxırıq. “Qarabağ”la oyunda qələbə qazanmağımız göstərdi ki, “Xəzər Lənkəran” güclü komandadı. Həmçinin doğma meydanda oynadığımız üçün stadiona xeyli azarkeşin gələcəyini gözləyirik. Öz stadiounumuzda qalib gəlməliyik. “Neftçi” yaxşı komandadı və liderlər qrupunda yer alıb. Amma 3 xala bizim daha çox ehtiyacımız var.
 
– Bu oyunda da qol vura biləcəksiz?
– Ola bilər. Bu, futboldu. Əlimdən gələni edəcəm ki, “Neftçi”yə də qol vurub azarkeşlərimizi sevindirim.
 
– “Xəzər Lənkəran”ın çempionluq yolunda şansı qalıb?
– Bu, çox çətin görünür. Çünki liderlə aramızda xal fərqi böyükdü. Amma qarşıda 17 tur var. Hələ bilmək olmaz nə olacaq. Əsas hədəfimiz ən azı ilk “üçlüy”ə düşüb, Arvopaya getmək olacaq.
 
– Demək olar ki, yenə də ötən mövsümki kimi hədəf kuboku qazanmaq olacaq?
– Bu, bizim əsas hədəfimiz olacaq. İnanıram ki, yubiley ilində Azərbaycan kubokunu alacağıq.
 
ELSEVƏR
Shares: