İspaniya mətbuatı "Barselona" ilə bağlı maraqlı bir məqamı diqqət mərkəzinə gətirib. Futbolinfo.az xəbər verir ki, son vaxtlar aparılan müşahidələrdən məlum olub ki, getdikcə Kataloniya klubunun matçlarına gələn azarkeşlərin sayı azalmaqdadı.
Xosep Qvardiola və Tito Vilanova dönəmində "Nou Kamp" demək olar ki, dolu olurdu. Ancaq bu mövsüm azarkeşlərin sayında xeyli azalma qeydə alınıb. “Barsa”nın evdəki son 5 matçında 99 min tamaşaçı tutumuna malik stadionuna orta hesabla hər oyun 67 min insan gəlib. Xüsusilə də “Real Sosyedad"la görüşdə cəmi 38 min tərəfdar “Nou Kamp”a gəlib.





