Topaz Premyer Liqasının 20-ci turunun "Xəzər Lənkəran" – "Neftçi" matçında maraqlı hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, turun ən prinsipial qarşılaşmasını izləyən azarkeşlərdən biri fürsətdən istifadə edərək sevgi etirafı edib.
Belə ki, o, oyundan öncə tirbunada şəkildə gördüyün pankartı açıb. Əldə etdiyimiz məlumata görə, bu, İbrahim Bayram adlı azarkeş olub.





