İngiltərə Premyer Liqasında çətin günlər keçirən "Mançester Yunated" hücum xəttini mütləq şəkildə gücləndirmək istəyir. Futbolinfo.az xəbər verir ki, ötən mövsümün çempionu yayda "Barselona"nın forvardı Pedro Rodriqesə təklif göndərmək haqqında düşünür.
"Qırmızı şeytanlar"ın baş məşqçisi Devid Moyes 26 yaşlı hücumçunu yeni mövsümdən komandasına görmək istəyir. O, klub nümayəndələrindən bir neçə nəfərə mütəmadi olaraq futbolçunun çıxışını izləməsini tələb edib.
Neymarın gəlişindən sonra əvvəlki tək əsas heyətdə yer almayan Pedronun da bu təklifə müsbət cavab verəcəyi istisna olunmur.





