Türkiyənin “Sivasspor” klubunun və Azərbaycan milli komandasının hücumçusu Cihan Özkara zədələnib. Futbolinfo.az saytına bu barədə yığmamızın üzvü özü məlumat verib.
O, “Əskişəhərspor”la kubok oyununda sıradan çıxıb. Dizindən zədə alan Cihan hazırda həkim nəzarəti altında müalicə olunur. Lakin futbolçumuz tez bir zamanda yenidən heyətə qayıdacağına inamını ifadə edib.





