Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində Qəbələ şəhərində yerli komanda "Xəzər Lənkəran"ı qəbul edir. Futbolinfo.az saytının Qəbələ şəhərinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, matçı izləyənlər arasında köhnə tanışlar da var.
 
Matçın başlamasına bir neçə dəqiqə qalmış "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov oyunu izləmək üçün Qəbələ Şəhər Stadionuna təşrif buyurub. O, burada sabiq futbolçusu Mario Souza ilə görüşüb. Köhnə tanışların səmimi söhbəti isə diqqətimizdən yayınmadı. Həmin anın fotosunu sizlərə təqdim edirik.
Shares: