İki gün əvvəl Topaz Premyer Liqasının 23-cü turunda səfərdə “Kəpəz”lə (0:0) bərabərə qalan “Sumqayıt” çalışmalara start verib. Futbolinfo.az xəbər verir ki, martın 2-də ölkə kubokunun ¼ final mərhələsinin səfərdə “Qarabağ”a qarşı ilk oyununa çıxacaq “kimyaçılar” dünən bərpa məşqinə çıxıb. 
“Gənclik şəhəri” təmsilçisinin itki yoxdu. Bütün futbolçular baş məşqçi Samir Abasovun sərəncamındadı.
Qeyd edək ki, sözügedən oyun martın 2-i, saat 17:00-da “Azərsun Arena”da baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp