Topaz Premyer Liqasının oyunları bu gün keçiriləcək 3 matçla yekunlaşacaq. Futbolinfo.az xəbər verir ki, qarşılaşmalardan ikisi paytaxtda, biri isə Qəbələdə oynanılacaq. 
“İnter” – “Sumqayıt”
16:00, “İnter Arena”
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Meydan sahibləri ölkə kuboku yarışlarında evdə “Qarabağ”dan alınan böyük hesablı məğlubiyyəti unutdurmağa çalışacaq. “Bankirlər” qələbə qazanmaqla ən azı turnir cədvəlindəki mövqeyini qorumağa çalışacaq. “Kimyaçılar” isə 4 oyunluq qələbəsiz seriyaya son qoymaq üçün vuruşacaq. Qazanılacaq 3 xal onların turnir cədvəlindəki mövqeyinə təsir göstərməyəcək. Artıq indidən “Sumqayıt”ın mövsümü 8-ci yerdə başa vuracağını ehtimal etmək olar.
“İnter” – “Sumqayıt”: 15 oyun, +9=4-2, top fərqi – 22:8
 

14.09.2011
Sumqayıt Şəhər – İnter (Bakı)
0:2
20.02.2012
İnter (Bakı) – Sumqayıt Şəhər
2:0
15.09.2012
İnter (Bakı) – Sumqayıt
1:0
04.11.2012
Sumqayıt – İnter (Bakı)
0:0
04.10.2013
Sumqayıt – İnter (Bakı)
0:2
14.12.2013
İnter (Bakı) – Sumqayıt
2:0
08.03.2014
Sumqayıt – İnter (Bakı)
0:1
02.05.2014
İnter (Bakı) – Sumqayıt
2:0
24.08.2014
İnter (Bakı) – Sumqayıt
5:1
02.11.2014
Sumqayıt – İnter (Bakı)
0:0
30.01.2015
İnter (Bakı) – Sumqayıt
0:0
28.05.2015
Sumqayıt – İnter (Bakı)
3:1
18.10.2015
Sumqayıt – İnter (Bakı)
1:1
11.12.2015
İnter (Bakı) – Sumqayıt
2:3
05.03.2016
Sumqayıt – İnter (Bakı)
0:1

BU MÖVSÜM…
… “İnter” öz meydanında: 15 oyun, 9 qələbə, 2 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 18:10 
… “Sumqayıt” səfərdə: 15 oyun, 3 qələbə, 3 heç-heçə, 9 məğlubiyyət, top fərqi – 13:21
 
OYUNDAN NOTLAR
• Cəza səbəbindən oyunu Fuad Bayramov (“İnter”) və Pərdis Fərcad-Azad (“Sumqayıt”) buraxacaq.  
• Nika Kvekveskiri, Zurab Xizanişvili, Mirhüseyn Seyidov, Georgi Lomaya, Abbas Hüseynov, Laşa Kasradze və Yuri Fomenko (hamısı “İnter”), Cəmil Hacıyev, Bəxtiyar Həsənalızadə və Amit Quluzadə (hamısı “Sumqayıt”) cəza həddindədi. 
• Zədə səbəbindən Kamran Ağayev, Sezar Meza Kolli, Nizami Hacıyev, İlkin Qırtımov və Elnur Abdullayev (hamısı “İnter”) komandasına kömək edə bilməyəcək.  
• “Sumqayıt”ın cari mövsümdə səfərdə qalib gəldiyi 3 komandadan biri “İnter”di. 

HAKİM 
Bu, Ömər Paşayevin cari mövsümdə baş hakim kimi idarə edəcəyi 18-ci matç olacaq. Referi indiyədək sözügedən komandalardan “İnter” in 3 oyununda fit çalıb. Onun idarə etdiyi görüşlərdə “bankirlər” 5 xal toplayıb. Paşayev bu görüşlərdə qəsəbə təmsilçisinin 8, rəqiblərinin isə 2 futbolçusuna sarı vərəqə göstərib. “Sumqayıt”ın 5 matçını idarə edən ədalət təmsilçisi ümumilikdə “kimyaçılar”ın 3 xal qazanmasının şahidi olub. O, bu qarşılaşmalarda sumqayıtlılara və rəqiblərinə eyni sayda – 8 sarı vərəqə göstəribsə, “qırmızı”ların sayında “kimyaçılar” üstündü – 2:1. Referi həmçinin, 2 dəfə də “Sumqayıt”ın qapısına penalti təyin edib.
“Qəbələ” – “Neftçi”
16:30, Qəbələ şəhər stadionu
Hakimlər
: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
2 gün öncə ölkə kuboku yarışında üz-üzə gələn komandalar bu dəfə yenidən bir-birinə rəqib olacaq. Oyun haqqında indidən nə isə demək çətindi. Çünki 3 gün sonra kubok çərçivəsində cavab matçına çıxacaq tərəflərin bu görüşdə bütün kartlarından istifadə edib-etməyəcəyini bilmək olmaz.
“Qəbələ” – “Neftçi”: 31 oyun, +10=7-14, top fərqi – 30:41
 

30.09.2006
Neftçi (Bakı) – Gilan (Qəbələ)
4:1
03.04.2007
Gilan (Qəbələ) – Neftçi (Bakı)
1:4
26.08.2007
Neftçi (Bakı) – Qəbələ
2:0
02.03.2008
Qəbələ – Neftçi (Bakı)
2:3
24.08.2008
Qəbələ – Neftçi (Bakı)
0:1
01.03.2009
Neftçi (Bakı) – Qəbələ
0:0
21.10.2009
Qəbələ – Neftçi (Bakı)
1:0
10.12.2009
Neftçi (Bakı) – Qəbələ
1:1
03.04.2010
Neftçi (Bakı) – Qəbələ
1:2
09.05.2010
Qəbələ – Neftçi (Bakı)
0:0
15.08.2010
Qəbələ – Neftçi (Bakı)
0:2
21.11.2010
Neftçi (Bakı) – Qəbələ
0:0
18.09.2011
Neftçi (Bakı) – Qəbələ
2:0
20.11.2011
Qəbələ – Neftçi (Bakı)
1:0
11.03.2012
Qəbələ – Neftçi (Bakı)
4:1
11.05.2012
Neftçi (Bakı) – Qəbələ
0:1
18.08.2012
Neftçi (Bakı) – Qəbələ
3:0
03.11.2012
Qəbələ – Neftçi (Bakı)
2:1
21.04.2013
Neftçi (Bakı) – Qəbələ
2:1
14.05.2013
Qəbələ – Neftçi (Bakı)
1:1
04.10.2013
Qəbələ – Neftçi (Bakı)
1:2
15.12.2013
Neftçi (Bakı) – Qəbələ
2:1
09.03.2014
Qəbələ – Neftçi (Bakı)
1:2
02.05.2014
Neftçi (Bakı) – Qəbələ
1:2
21.09.2014
Qəbələ – Neftçi (Bakı)
0:0
29.11.2014
Neftçi (Bakı) – Qəbələ
0:0
15.02.2015
Qəbələ – Neftçi (Bakı)
1:3
17.04.2015
Neftçi (Bakı) – Qəbələ
1:3
17.10.2015
Neftçi (Bakı) – Qəbələ
0:1
13.12.2015
Qəbələ – Neftçi (Bakı)
0:1
05.03.2016
Neftçi (Bakı) – Qəbələ
1:2

BU MÖVSÜM…
… “Qəbələ” öz meydanında: 16 oyun, 5 qələbə, 7 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 18:11 
… “Neftçi” səfərdə: 15 oyun, 6 qələbə, 3 heç-heçə, 9 məğlubiyyət, top fərqi – 14:16
 
OYUNDAN NOTLAR
• Cəza səbəbindən oyunu heç kim buraxmayacaq.
• Vitali Vernidub, Samir Zərgərov, Ruslan Abışov, Rəşad Sadiqov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Aleksey Antonov və Asif Məmmədov (hamısı “Qəbələ”), Ruslan Qurbanov, Erik Ramos, Məqsəd İsayev, Rahil Məmmədov və Jairo Filyo (hamısı “Neftçi”) cəza həddindədi. 
• Zədə səbəbindən Dodo, Rafael Santos, Vadim Abdullayev, Ruslan Abışov (hamısı “Qəbələ”), Nikolas Kanales, Xuan Melli və Kamran Nəcəfzadə (hamısı “Neftçi”) komandasına kömək edə bilməyəcək.  
• Ermin Zetsin (“Qəbələ”) oynayıb-oynamayacağı matç saatında bilinəcək.
• Tərəflərin son 5 matçında meydan sahibi olan komanda xal qazanmayıb. 

HAKİM 
Bu, Rauf Cabbarovun cari mövsümdə baş hakim kimi idarə edəcəyi 15-ci matç olacaq. Referi indiyədək sözügedən komandalardan “Qəbələ”nin 2 oyununda fit çalıb. Onun idarə etdiyi görüşlərdə “qırmızı-qaralar” 4 xal toplayıb. Maraqlıdı ki, hər iki matç “Rəvan”la ev qarşılaşmasına təsadüf edib. Cabbarov bu görüşlərdə əyalət təmsilçisinin 5, “sarı-qırmızılar”ın isə 6 futbolçusuna sarı, 1-nə isə qırmızı vərəqə göstərib. “Neftçi”nin 3 matçını idarə edən ədalət təmsilçisi ümumilikdə “ağ-qaralar”ın 3 xal qazanmasının şahidi olub. O, bu qarşılaşmalarda bakılılara 13, rəqiblərinə isə 9 sarı vərəqə göstərib. Referi həmçinin, 2 dəfə də hər tərəfin qapısına 1 dəfə olmaqla penalti təyin edib.
“Zirə” – “Qarabağ”
19:00, Zirə İdman Kompleksinin stadionu
Hakimlər
: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Rövşən Əhmədov
Bu oyun haqda artıq nə isə deməyə ehtiyac yoxdu. Ağdam təmsilçisi səfərdə qalib gəlsə, ardıcıl 3-cü, ümumilikdə isə 4-cü çempionluğunu rəsmiləşdirəcək. Düzdü, “Zirə” cari mövsümdə evdə məğlub olmayıb. Qış fasiləsindən sonra isə dogma meydanda ümumiyyətlə, xal itirməyib. Amma “Qarabağ”ın hazırda əla formada olması onların “qartallar”a ilk yaşatmasına səbəb ola bilər. 
“Zirə” – “Qarabağ”: 3 oyun, +0=1-2, top fərqi – 1:6
 

17.10.2015
Qarabağ (Ağdam) – Zirə (Bakı)
4:1
13.12.2015
Zirə (Bakı) – Qarabağ (Ağdam)
0:0
05.03.2016
Qarabağ (Ağdam) – Zirə (Bakı)
2:0

BU MÖVSÜM…
… “Zirə” öz meydanında: 15 oyun, 12 qələbə, 3 heç-heçə, top fərqi – 26:10 
… “Qarabağ” səfərdə: 16 oyun, 10 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 14:16
 
OYUNDAN NOTLAR
• Cəza səbəbindən oyunu heç kim buraxmayacaq.
• Kamal Bayramov, İqor İvanoviç, Vüqar Mustafayev (hamısı “Zirə”), İlqar Qurbanov və Dani Kintana (hər ikisi “Qarabağ”) cəza həddindədi. 
• Zədə səbəbindən Rahid Əmiruqliyev, Muarem Muarem (hər ikisi “Qarabağ”) komandasına kömək edə bilməyəcək.  
• ”Zirə” “Qarabağ”la birlikdə evdə məğlub olmayan 2 komandadan biridi.
• ”Zirə” “Qarabağ”la birlikdə qış fasiləsindən sonra evdə xal itirməyən 2 komandadan biridi.
• ”Zirə”nin cari mövsümdə məğlub edə bilmədiyi 2 komandadan biri “Qarabağ”dı. 

HAKİM 
Bu, Orxan Məmmədovun cari mövsümdə baş hakim kimi idarə edəcəyi 15-ci matç olacaq. Referi indiyədək sözügedən komandalardan “Zirə”nin 2 oyununda fit çalıb. Onun idarə etdiyi görüşlərdə “qartallar” 4 xal toplayıb. Məmmədov bu görüşlərdə qəsəbə təmsilçisinin 4, rəqiblərinin isə 3 futbolçusuna sarı vərəqə göstərib. “Qarabağ”ın 3 matçını idarə edən ədalət təmsilçisi ümumilikdə ağdamlıların 7 xal qazanmasının şahidi olub. O, bu qarşılaşmalarda “atlılar”ın 3, rəqbilərini isə 6 futbolçusuna sarı vərəqə göstərib.
ELMAR ABDULLA-ZADƏ
Shares: