Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 25-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son oyun günündə bir görüş tutub. “Səbail” səfərdə “Sumqayıt”la qarşılaşıb. Qonaqlar bu görüşdə qalib gəlsəydilər, vahid liderə çevrilə bilərdilər. Lakin qarşılaşma heç-heçə bitdiyindən turnir cədvəlindəki ikihakimiyyətlilik davam edib.
Əvəzedicilərin çempionatı
25-ci tur
30 aprel
“Sumqayıt” – “Səbail” 1:1
Qollar: Elvin Nəsibov, 75 – Asif Mirili, 66.
Turun digər oyunları: “Keşlə” – “Neftçi” 0:2, “Qəbələ” – “Kəpəz” 0:0, “Zirə” – “Qarabağ” 2:0.
| 1 | Səbail | 25 | 14 | 4 | 7 | 41-31 | 46 |
| 2 | Qəbələ | 25 | 14 | 4 | 7 | 62-26 | 46 |
| 3 | Zirə | 25 | 11 | 6 | 8 | 32-30 | 39 |
| 4 | Qarabağ | 25 | 10 | 5 | 10 | 32-37 | 35 |
| 5 | Keşlə | 25 | 7 | 13 | 5 | 33-31 | 34 |
| 6 | Sumqayıt | 25 | 8 | 6 | 11 | 30-44 | 30 |
| 7 | Neftçi | 25 | 7 | 6 | 12 | 19-29 | 27 |
| 8 | Kəpəz | 25 | 2 | 10 | 13 | 12-33 | 16 |
|
Ülvi İsgəndərov – 16 qol ("Sumqayıt") |
|||||||






