Futbol üzrə İspaniya La Liqasında 35-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub. 

"Betis" evdə "Malaqa" ilə üz-üzə gəlib. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan meydan sahibləri artıq La Liqanı tərk edəcəyi dəqiqləşən rəqib üzərində çətin qələbəyə seviniblər.

İspaniya La Liqası
35-ci tur

27 aprel

Levante – Sevilya 2:1
Qol: Rocer, 11. Morales, 74 – Fernandes, 16.

28 aprel

Espanyol – Las-Palmas 1:1
Qol: Moreno, 76 – Kalyeri, 29-pen.

Real Sosyedad – Atletik 3:1
Qol: San Xose, 15-avtoqol; 54-avtoqol. Oyarzabal, 36 – R.Qarsiya, 59-pen.

Real – Leqanes 2:1
Qol: Beyl, 8. Mayoral, 45 – Brasanaç, 66.

Vilyarreal – Selta 4:1
Qol: Bakka, 13; 35; 38. Kastilyexo, 90.

29 aprel

Xetafe – Jirona 1:1
Qol: Amat, 18 – Stuani, 45-pen.

Alaves – Atletiko 0:1
Qol: Qameyro, 78-pen.

Valensiya – Eybar 0:0

Deportivo – Barselona 2:4
Qol: L.Peres, 40. E.Çolak, 64 – Koutinyo, 7. Messi, 38; 82; 85.

30 aprel

Betis – Malaqa 2:1
Qol: Durmisi, 24. Fabian, 73 – En-Nesiri, 20.

Shares: