18 yaşlı avstraliyalı sprinter Qout Qout Avstraliyanın gənclər çempionatında 200 metr məsafəni 19,67 saniyəyə qaçaraq 20 yaşadək atletlər arasında yeni dünya rekordunu müəyyənləşdirib. Yarışlar Sidney şəhərində keçirilir.
Bu məsafədə əvvəlki dünya rekordu amerikalı Arrion Naytona məxsus idi. O, 2022-ci ildə məsafəni 19,69 saniyəyə qət etmişdi.
Qoutun 18 yaşı keçən ilin dekabrında tamam olub. Onun 200 metr məsafədə əvvəlki nəticəsi 20,02 saniyə idi.
Qeyd etmək lazımdır ki, əfsanəvi Useyn Bolt 20 yaşında 200 metri 19,88 saniyəyə qaçıb. Yamaykalı idmançı yalnız 2008-ci ildə, 21 yaş 11 aylıq olanda bu məsafəni 19,67 saniyəyə, yəni Qoutdan daha sürətli qət edib.






