“Qəbələ”nin hücumçusu İbrahim Sanqarenin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 27-ci turunda “İmişli”yə 0:1 hesabı ilə uduzdunuz. Son uğurlu oyunlardan sonra bu məğlubiyyət futbol azarkeşləri üçün gözlənilməz oldu. Siz necə düşünürsünüz?
– “İmişli”yə qarşı məğlubiyyət məyusedici oldu, xüsusilə də uğurlu seriyadan sonra. Səhvlərimizi analiz edib növbəti oyunda düzgün reaksiya verməliyik. Düşünürəm ki, komanda şəklində hər şeyi daha yaxşı edə bilərik.
– Liqada qalmaq uğrunda gərgin mübarizə gedir. Üzərinizdə təzyiq var?
– Bəli, təzyiq var, amma biz bunun öhdəsindən birlikdə gəlirik. Komanda olaraq birləşib və məqsədimizə fokuslanıb uğur qazanacağıq. Təbii ki, təzyiqlər mövcuddur, amma bu bizi hədəfimizdən yayındırmır.
– “Qəbələ”nin liqada qala biləcəyinə əminsiz?
– “Qəbələ”nin liqada qalacağına inanıram. Bizim keyfiyyətimiz var və bunu meydanda sübut etmək öz əlimizdədir. Çünki biz buna layiq komandayıq. Düşünürəm ki, daha yaxşı nəticələrimiz olacaq.
– Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsız. Komanda qələbə qazana biləcək?
– “Sumqayıt”la oyun vacib olacaq. Üç xalı qazanmaq üçün əlimizdən gələni edəcəyik. Yenə 3 xal üçün meydana çıxacağıq. Qələbə qazanmaq istəyirik və buna görə də hazırlaşırıq.
– Qarşıdakı oyunda əsas rəqiblərinizdən “Kəpəz” və “İmişli” üz-üzə gələcək. Yəqin ki, “İmişli”yə qələbə üçün azarkeşlik edəcəksiz?
– Biz ilk növbədə özümüzə fokuslanırıq. Öz oyunumuz və nəticələrimiz barədə düşünürük.
FƏRİD






