Dünya reytinqinin 79-cu tennisçisi türkiyəli Zeynep Sönməz Almaniyanın Ştutqart şəhərində keçirilən WTA-500 turnirinin ilk turunda italiyalı Jasmin Paolini üzərində qazandığı qələbəni şərh edib.

Xatırladaq ki, dünya reytinqində 8-ci olan tennisçi üzərində Sönməz  6:2, 6:2 hesablı qələbə qazanıb.

“Əvvəla, bir şey deməzdən əvvəl bildirim ki, Jasminlə kortda oynamaqdan zövq aldım; o, əla oyunçudur. Ona qarşı oynamaqdan həqiqətən zövq alıram. Düşünürəm ki, bu, karyeramın ən böyük qələbəsidir, ona görə də çox xoşbəxtəm. Kortda özümü əla hiss etdim. Yaxşı məşq etdik. Torpağa öyrəşməyə çalışdım. İki seçmə oyunu keçirməyim xeyrimə oldu, kortlara öyrəşməyimə kömək etdi. Qələbəmdən çox məmnunam”, – deyə Sönməz oyundan sonra kortda verdiyi müsahibədə deyib.

Ştutqartda keçirilən turnirin ikinci turunda Zeynep Sönməz kanadalı tennisçi Leyla Fernandeslə qarşılaşacaq.

Shares: