Qadınlar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 18-də “Bank Respublika Arena”da Andorra yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının oyunöncəsi mətbuat konfransının və açıq məşqinin vaxtı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Həmin tədbirlərin vaxtını diqqətinizə çatdırırıq:

Azərbaycan – Andorra: Açıq məşq və mətbuat konfransı

17 aprel

Azərbaycan milli komandası
17:15. Mətbuat konfransı
18:00. Açıq məşq

Shares: