Basketbol üzrə Çempionlar Liqasında qələbə uğrunda mübarizə aparacaq son dörd komanda müəyyənləşib. Çərşənbə axşamı keçirilən 1/4 final oyunlarından sonra üç ölkəni təmsil edən dörd klub növbəti mərhələyə yüksəlib.
Mayın 7-də keçiriləcək yarımfinalda Litvanın “Ritas” komandası İspaniyanın “Tenerife” klubu ilə üz-üzə gələcək. Digər yarımfinalda isə İspaniyanın “Unikaxa” komandası Yunanıstan təmsilçisi AEK ilə qarşılaşacaq. Çempionluq uğrunda oyun mayın 9-da keçiriləcək.
AEK, “Tenerife” və son çempion “Unikaxa” keçən il də “Dördlər Finalı”nda oynamışdı. “Ritas” isə turnirin on illik tarixində bu mərhələyə yüksələn ilk Litva komandası olub.
Əlavə edək ki, bu turnirdə ölkəmizi Azərbaycan çempionu “Sabah” təmsil edirdi.





