Qadınlar arasında voleybol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin ilk iki oyunu keçirilib.

Çexiyanın Brno şəhərində təşkil olunan günün ilk qarşılaşmasında Serbiya Yunanıstanla üz-üzə gəlib. Serbiya millisi rəqibinə heç bir setdə qalib gəlmək şansı verməyib və 3:0 hesabı ilə qələbə qazanıb  – 25:14, 25:20, 25:17. Digər 1/4 final oyununda isə İtaliya İsveçi 3:1 hesabı ilə məğlub edib – 21:25, 26:24, 25:21, 25:23.

Beləliklə, Serbiya və İtaliya turnirin yarımfinalına vəsiqə əldə edib.

Bu gün isə 1/4 final mərhələsində daha iki oyun keçiriləcək. İstanbulda saat 17:00-da Polşa Niderlandla, saat 20:00-da isə Almaniya Türkiyə ilə qarşılaşacaq.

Shares: