UEFA Türkiyənin “Fənərbağça” klubuna və futbolçuları Matteo Genduzi ilə Meyson Qrinvuda qarşı intizam işi açıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

Klub Fransada “Lion”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra yaşananlara görə bu halla üzləşib. Qarşılaşmanın ardından sözügedən futbolçular davada iştirak ediblər.

Xatırladaq ki, rəqibini 2:1 hesabı ilə məğlub edən “Fənərbağça” qitənin bir nömrəli klub turnirində əsas mərhələyə vəsiqə qazanıb.

Shares: