“Liverpul”un kapitanı Stiven Cerard komanda yoldaşı Luis Suaresi sabiq həmkarı Fernando Torreslə müqayisə edib. Futbolinfo.az xəbər verir ki, o, uruqvaylının “El Nino”dan daha güclü futbolçu olduğunu bildirib:
"Hər şey çox sadədi. O, hər kəsi heyran edir. “Liverpul”un heyətində Luis Suaresin oyununa yaxın futbolçu Fernando Torres olub. Lakin Suares oyun səviyyəsinə görə Torresi də geridə qoyur”.
Məlumatınız olsun ki, Suares 2011-ci ildən “Liverpul” forması geyir.





