“Qəbələ” Topaz Premyer Liqasının 13-cü turunda noyabrın 10-da “Xəzər Lənkəran”la qarşılaşacaq. Azerisport.az klub saytına istinadən xəbər verir ki, ötən tur səfərdə “Qarabağ”la görüşən Yuri Syominin yetirmələri ardıcıl 2-ci dəfə rəqib meydanına çıxacaq.
 
“Qırmızı-qaralar” Lənkəran səfərində uğurlu seriyasnı davam etdirməyə çalışacaq.
 
Belə ki, “Qəbələ” “ağ-yaşıllar”la son 4 görüşdə uduzmayıb. Sonuncu dəfə 19 ay əvvəl – 2012-ci ilin aprelində “Xəzər Lənkəran”a yenilən “Qəbələ” bundan sonra 2 qələbə qazanıb və 2 bərabərliklə kifayətlənib. Uğurlu seriyasını 5-ə çatdırmaq istəyən Syominin komandası Lənkərandakı son 2 görüşdən qollu heç-heçə ilə qayıdıb. Evdəki matçlarda isə qələbələri sıralayan komanda ardıcıl 3-cü dəfə 3 xal qazanmaq əzmindədir.
 
Ümumilikdə isə 22-ci duelədək “Qəbələ” rəqibini 5 dəfə məğlub edib və 5 görüşdə 1 xalla kifayətlənib. 11 yenilgisi olan “qırmızı-qaralar” 19 top vurub və 31-ni buraxıb. 20-ci qolun astanasında olan komandanın ən məhsuldar futbolçusu Yannik Kamanan cənubluları 3 dəfə məyus edib. Lyuba Baranin və Turnike Aptsiauri hərəyə 2 dəfə “Xəzər Lənkəran”ın qapısına qol vurub.
 
2006/07. Premyer Liqa
09.12.2006. Xəzər Lənkəran – Gilan (Qəbələ) – 4:0
Rəşad Abdullayev, 17, 67, Zaur Ramazanov, 59, İlqar Qurbanov, 78
 
2006/07. Premyer Liqa
23.05.2007. Gilan (Qəbələ) – Xəzər Lənkəran – 0:3
Emin Quliyev, 5, Rəşad Abdullayev, 22, Zaur Ramazanov, 41
 
2007/08. Premyer Liqa
30.09.2007. Xəzər Lənkəran – Qəbələ – 2:1
Zaur Ramazanov, 24, Emin Quliyev, 90+2 – Turnike Aptsiaupi, 39
 
2007/08. Premyer Liqa
05.04.2008. Qəbələ – Xəzər Lənkəran – 1:1
Camal Məmmədov, 73 – Zaur Ramazanov, 8.
 
2007/08. Azərbaycan kuboku, ½ final
09.04.2008. Qəbələ – Xəzər Lənkəran – 1:3
İbrahim Hüseynov, 75 – Zaur Ramazanov, 12, 56, İrakli Vaşakidze, 15-öz qapısına
 
2007/08. Azərbaycan kuboku, ½ final
23.04.2008. Xəzər Lənkəran – Qəbələ – 1:1
Rahid Əmirquliyev, 79 – Abdulkader Kamara, 35
 
2008/09. Premyer Liqa
15.11.2008. Qəbələ – Xəzər Lənkəran – 0:1
Rəşad Abdullayev, 48
 
2008/09. Premyer Liqa
03.05.2009. Xəzər Lənkəran – Qəbələ – 1:2
İvan Çvetkov, 25 – Tornike Aptsiauri, 76 Anatoli Ostap, 79(penalti),
 
2009/10. Premyer Liqa
19.09.2009. Qəbələ – Xəzər Lənkəran – 1:1
İqor Melnik, 88 – Mario Souza, 26
 
2009/10. Premyer Liqa
19.12.2009. Xəzər Lənkəran – Qəbələ – 1:0
Rahid Əmirquliyev, 52
 
2009/10. Premyer Liqa
12.03.2010. Xəzər Lənkəran – Qəbələ – 4:1
Allan Lalin, 22; 59; Emeka Opara, 75; Denis Kalinkov, 90 – Milan Antiç, 81
 
2009/10. Premyer Liqa
17.04.2010. Qəbələ – Xəzər Lənkəran – 1:2
Tomaş Stolpa, 37 – Allan Lalin, 9; Emeka Opara, 53
 
2010/11. Premyer Liqa
07.08.2010. Xəzər Lənkəran – Qəbələ – 1:0
Elvin Beqiri, 75
 
2010/11. Premyer Liqa
06.11.2010. Qəbələ – Xəzər Lənkəran – 1:0
Lyuba Baranin, 35
 
2011/12. Premyer Liqa
23.09.2011. Xəzər Lənkəran – Qəbələ – 2:1
Antonio Semedo, 40; Elnur Abdullayev, 64 – Lyuba Baranin, 68
 
2011/12. Premyer Liqa
21.02.2012. Qəbələ – Xəzər Lənkəran – 2:1
Aleksandr Çertoqanov, 41; Deon Barton, 90+2 – Rahid Əmirquliyev, 26
 
2011/12. Premyer Liqa
07.04.2012. Qəbələ – Xəzər Lənkəran – 0:1
Branimir Subaşiç, 3
 
2011/12. Premyer Liqa
05.05.2012. Xəzər Lənkəran – Qəbələ – 1:1
Adrian Pit, 59 – Viktor Mendi, 87
 
2012/13. Premyer Liqa
21.10.2012. Xəzər Lənkəran – Qəbələ – 1:1
Roberto Alviz, 76 (p.) – Yannik Kamanan, 22
 
2012/13. Premyer Liqa
23.02.2013. Qəbələ – Xəzər Lənkəran – 2:0
Yannik Kamanan, 1; 88
 
2013/14. Premyer Liqa
31.08.2013. Qəbələ – Xəzər Lənkəran – 2:0
Leonardo da Silva, 40; Lorenso Ebesilio, 67
Shares: