Bu gün sentyabr və oktyabr ayının ən yaxşılarının mükafatlandırılması mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, tədbirdə iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirib:
 
"Hər kəsi salamlayıram. Bu tədbirə gəldiyinizə görə sizə minnətdaram. Sentyabr ayı üçün gecikdiyimizə görə üzr istəyirik. Buna səbəb də neçə ildən sonra Super Kubok oyununun keçirilməsi oldu. Vacib oyun keçirildi. Həmişə demişəm, ola bilsin vəzifəm buna icazə vermir, amma mənim üçün sevindirici haldı ki, millimizin iki futbolçusu bu ada layiq görülüb. "Qarabağ"ın futbolçusu yerli olmasa da, onun vurduğu qollar, oyunu bizim futbol üçündü. Hər birinizin qarşısında hər iki futbolçumuza uğurlar arzulayıram və xahiş edirəm bunu çempionatın sonuna qədər davam etdirsin. Təsadüf elə gətirib ki, iki futbolçu da eyni komandada oynayıb, oynayır və ikisi də millinin üzvləridi. Biz də futbolçu azarkeşi yoxdu. Burada klubların da günahı var. Heç bir klubda, həmçinin PFL-də marketinq yaxşı işləmir. Unutmayaq ki, futbolçu karyerası qaranquş ömrüdü".
Shares: