Bu gün keçirilən tədbir zamanı jurnalistin Reynaldoya "Azərbaycan millisində legionerlik artıq dəb halını alıb. Sənə təklif gəlsə, oynayarsan?" sualı Ramin Musayevi əsəbləşdirib.
 
Reynaldoya ünvalnanan sualı öncə elə Musayev cavablandırıb: "Siz mənə deyin görüm bütün ölkənin millilərində oynayan hamısı özünkülərdi? Hər ölkədə belə hallarla rastlaşmaq olar. Çox iynəli sual verdiniz".
 
Reynaldo özü isə bu fikrə belə münasibət bildirdi: "Azərbaycan yaxşı ölkədi. Əgər təklif gəlsə, məşqçi məni bəyənib çağırsa, təbii ki, qəbul edərəm".
Shares: