"Liverpul"un və İngiltərə millisinin futbolçusu Stiven Cerard millidəki karyerasını başa vura bilər. Futbolinfo.az xəbər verir ki, bunun üçün mersisaydların baş məşqçisi Brendan Rocers yetirməsinə təzyiq göstərir.
 
Çalışdırıcı özü bu barədə açıqlama verib. Təcrübəli mütəxəssis bildirib ki, 34 yaşlı oyunçu dünya çempionatından sonra millidən ayrılmalıdı:
 
"O, əsl liderdi. Amma artıq 34 yaşı olduğu üçün biraz dincəlməlidi. Bu səbəbdən dünya çempionatından sonra millidən ayrılmağı düşünməlidi. "Liverpul"dakı" gələcəyi üçün bunu etməlidi".
 
Qeyd edək ki, Cerrard 2000-ci ildən yığmanın şərəfini qoruyur.
Shares: