Çempionlar Liqasının 4-cü turunda ÇSKA-nı 5:2 hesabı ilə məğlub edən “Mançester Siti” bu qələbədən sonra heç də yaxşı xəbər almayıb. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın 65-ci dəqiqəsində xəsarət alaraq meydançanı tərk edən David Silvanın zədəsinin ciddi olduğu müəyyənləşib.
İspan yarımmüdafiəçi tibbi müayinədən keçib. Yoxlanışdan sonra 27 yaşlı futbolçunun təxminən bir ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.





