"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "Simurq"la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun gürcü çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“İlk hissədə çox pis oynadıq, hamınız bunu gördünüz. İkinci hissədə etdiyimiz dəyişikliklərlə oyunda tarazlıq yaratdıq. Mənim bir sualım var: “İnter” komandası nə vaxtsa 11 metrlik cərimə zərbəsi vuracaq, ya yox”?





